Cənubi Afrika vətəndaşı Ermənistana dəyəri yarım milyard dollar olan bir kiloqramdan çox kokain keçirməyə cəhd edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsi yayıb.
Mənbə qeyd edir ki, daxil olan əməliyyat məlumatının yoxlanılması zamanı San-Paulu-Doha-İrəvan aviareysi ilə gələn Cənubi Afrika Respublikası vətəndaşının rentgen müayinəsi aparılıb və əcnəbinin qarın boşluğunda yad əşyalar aşkar edilib.
Ermənistan tibb mərkəzində ondan ümumi çəkisi 1620 qram olan 117 bağlama kokain çıxarılıb. Qaçaqmal yolu ilə gətirilən narkotikin dəyəri 550 min dolları ötür. Bu cinayət işində əli olan şəxslərin dairəsi dəqiqləşdirilir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində İsakov prospektində yerləşən otellərdən birində iki İran vətəndaşı saxlanılıb. Məhkəmənin qərarı ilə onlar həbs edilib.
Bizim.Media
Mənbə: bizim.media