AZ

Göygöl rayonunda YAP-ın təsis edilməsinin 32 illiyinə həsr olunmuş konfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının inzibati binasında partiyanın təsis edilməsinin 32 illiyinə həsr olunmuş konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirak etdikləri tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ahtiramla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev məruzə ilə çıxış edərək, partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan və gəlcək hədəflərdən danışıb, öz həyatını xalqın xoşbəxtliyi üçün qurban verməyə hazır olan, bütün mənalı ömrünü xalqına həsr etmiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açıb. Vüqar İsayev dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin yaratdığı, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 illiyi münasibətilə konfrans iştirakçılarını təbrik edib.
Sonra şəhid ailəsi, YAP Göygöl rayon təşkilatı üzrə 3 saylı ərazi partiya təşkilatının sədri Rüxsarə Atayeva, müharibə veteranı, MKTİB ərazi partiya təşkilatının sədri, Pərvin Rəhimli, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri Araz Abbasov və digərləri çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından, Yeni Azərbaycan Partiyasını yaradaraq, dövləti və xalqı düşünən insanları öz ətrafında birləşdirməklə, bugünkü xoşbəxt həyatımıza zəmin yaratmasından, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin əhəmiyyətindən danışıblar. Görülən bütün işlərdə Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğundan bəhs ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev yekun nitqi ilə çıxış edərək 32 il öncə məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında yaranan Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını bildirib, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin zəkasının işığında qədəm qoyduğunu vurğulayıb. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu qeyd olunub.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarından bir qrupuna YAP Göygöl rayon təşkilatının Fəxri fərmanları və partiya sıralarına yeni qəbul olmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.
Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Seçilən
22
sesqazeti.az

1Mənbələr