AZ

Regionda digər ölkələrin Su Konvensiyasına qoşulmaması transsərhəd əməkdaşlığını mümkünsüz edir - Nazir müavini

Bakı. Trend:

Regionda digər ölkələrin Su Konvensiyasına qoşulmamasıtranssərhəd əməkdaşlığını mümkünsüz edir.

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlərnazirinin müavini Vüqar Kərimov BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29)sessiyası çərçivəsində "Birləşmiş Ərəb Əmirliklərinin Qlobal İqliməDayanıqlılıq Çərçivəsi üzrə Tərəqqinin Təminində İqlim MəlumatlıTranssərhəd Su İdarəçiliyinin Rolu" mövzusunda tədbirdı çıxışızamanı deyib.

"Azərbaycan üçün transsərhəd sular məsələsi stratejiprioritetlərdən biridir. Ölkəmiz Həkəriçay, Bərgüşadçay, Oxçuçay,Kür və Araz çayları kimi böyük transsərhəd su hövzələrinin aşağıaxınında yerləşir və bu çayların suları Xəzər dənizinə tökülərəkregion ölkələrinin sosial-iqtisadi inkişafında mühüm roloynayır.

Uzun illərdən bəri Oxçuçayın Ermənistan ərazisində ciddiçirklənməyə məruz qalması, bütün regionun ekosisteminə və sutəhlükəsizliyinə ciddi təhdid yaradır.

Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunmasısahəsində beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq birgəfəaliyyətlərə önəm verir və 2000-ci ildən BMT-nin Su Konvensiyasınaüzvdür. Təəssüf ki, regionda digər ölkələrin Su Konvensiyasınaqoşulmaması, transsərhəd əməkdaşlığını mümkünsüz edir və sularındayanıqlı idarə olunması imkanlarını məhdudlaşdırır.

Ölkəmizin transsərhəd su ehtiyatlarının idarə edilməsi sahəsindəüzləşdiyi çağırışlar nəzərə alınarsa, bu üzvlük strateji əhəmiyyətkəsb edir. Xüsusilə, Azərbaycanın su ehtiyatlarının təxminən70%-nin transsərhəd çaylardan formalaşdığı bir mühitdə, beynəlxalqhüququn təmin etdiyi əməkdaşlıq imkanları çox vacibdir.

Transsərhəd suların ədalətli və dayanıqlı idarə olunması yalnızvahid ölkənin deyil, bütün regionun məsuliyyətidir. Buna nail olmaqüçün birgə səylərimizi gücləndirməliyik.

Bu gün burada toplaşmağımız sübut edir ki, biz birlikdə hərəkətetməyə, biliklərimizi və təcrübələrimizi paylaşmağa hazırıq. Mənəminəm ki, bu tədbirdə aparılan müzakirələr transsərhəd sularınidarə olunması sahəsində yeni əməkdaşlıq imkanları yaradacaq vəbütün region üçün dayanıqlı gələcək qurulmasına töhfə verəcək", - oəlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
6
2
az.trend.az

3Mənbələr