AZ

DSX Akademiyasının yeni yeməkxana kompleksi və tədris korpusları istifadəyə verildi - FOTO

Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sərhəd mühafizəsinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, sərhədçilərin sosial-məişət problemlərinin həlli istiqamətində tədbirlər uğurla davam etdirilir.

 

Modern.az xəbər verir ki, noyabrın 20-də Dövlət Sərhəd Xidməti Akademiyasının yeni inşa olunmuş yeməkxana kompleksi, əsaslı təmir olunan tədris korpusları və kursant yataqxanası xidməti istifadəyə verilib.

 

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti tədbirdən əvvəl “Heydər Əliyev guşəsi”ni və Vətən Müharibəsində şəhid olmuş Azərbaycan sərhədçilərinin əziz xatirəsinə ucalmış “Dəmir yumruq” abidə kompleksini ziyarət etmiş, önünə gül dəstələri düzüblər.

 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabit kadrların hazırlanması və bu istiqamətdə tədris prosesinin səviyyəsinin yüksəldilməsi istiqamətində kursantların xüsusi qayğı ilə əhatə olunmasını, Akademiyanın şəxsi heyətinin üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk etməsini və bundan qürur duymalarını xüsusi vurğulayıb.

 

Tədbir zamanı istifadəyə verilən yeməkxana kompleksinə, əsaslı təmir olunmuş tədris korpuslarına və kursant yataqxanasına baxış keçirilib, xatirə fotoşəkilləri çəkdirilib 

 

Sonda Dövlət Sərhəd Xidmətinin rəisi və rəhbər heyət kursantlarla nahar ediblər.

Seçilən
1
6
modern.az

7Mənbələr