2025-ci ildə Azərbaycanda orta aylıq pensiyanın 536 manat olacağı proqnozlaşdırılır.
News24.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,2 % çoxdur.
Ötən il ölkədə orta aylıq pensiya 441 manat təşkil edib. Bu il bu rəqəmin 491 manat olacağı gözlənilir.