AZ

Kəmalə Əsgərova: “Hakimliklə yanaşı, məşqçiliyi də davam etdirəcəm”

“Azərbaycan voleybol ailəsində ölkəmizi referi kimi təmsil edən yeganə qadınam”.

Bunu İdman.bizə voleybol üzrə beynəlxalq dərəcəli hakim Kəmalə Əsgərova deyib.

O, Avropa Voleybol Konfederasiyası tərəfindən ilk təyinatına münasibət bildirib. Əsgərovanın sözlərinə görə, onun beynəlxalq arenaya çıxmasında Azərbaycan Voleybol Federasiyasının dəstəyi böyük olub: “Bununla bağlı müraciət etdim. Onlar da istəyimi nəzərə aldılar. Hakimlik yoluna təzə çıxmışam. Bu işlə yanaşı, məşqçiliyi də davam etdirəcəm. Hansısa klubda çalışmağı planlaşdırıram. Hazırda bununla bağlı danışıqlar aparırıq. Hər kəs hakim ola bilər. Qaydaları bilmək isə çox vacibdir”.

Qeyd edək ki, “Azərreyl”in sabiq voleybolçusu 16 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ədaləti qoruyacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr