AZ

“Ağlını itirən Rusiya nə qədər qorxduğunu göstərdi” - Zelenski

Rusiya Dnepr şəhərini qitələrarası ballistik raketlə vurub. Bu, dünyada belə silahların ilk döyüş istifadəsidir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bugünkü videomüraciətində deyib. O, Rusiyanın “ağlını itirdiyini” qeyd edib: “Bu gün ağlını itirmiş qonşumuz nə qədər qorxduğunu bir daha göstərdi. O, o qədər qorxur ki, artıq yeni raketlərdən istifadə edir və bütün dünyada daha çox silah ala biləcəyi yer axtarır: gah İranda, gah da Şimali Koreyada. Bu gün yeni Rusiya hücumu oldu. Bütün xüsusiyyətlər - yüksəklik, sürət qitələrarası ballistik raketə aiddir. Hazırda ekspertizalar davam edir.

Açıq görünür ki, Putin Ukraynadan sınaq meydançası kimi istifadə edir. Açıq görünür ki, Putin yaxınlıqda normal həyatın olmasından, insanların ləyaqətinin olmasından, ölkənin müstəqil olmaq istəməsindən və buna hüququnun olmasından qorxur”.

Zelenski qeyd edib ki, Putin Ukraynanın onun əlindən çıxmaması üçün hər şey edir. Prezident “ölkəni bu şərdən qoruyan” bütün ukraynalılara təşəkkür edib: "Dözümlü, cəsur, güclü, ləyaqətli. Bu, Ukrayna haqqında əsas sözlərdən biridir - ləyaqət! Və bu, Rusiya haqqında, bəlkə də, heç vaxt deyilməyəcək bir sözdür”.

“AzPolitika.info”

Seçilən
10
azpolitika.info

1Mənbələr