AZ

DİQQƏT! Bu şəxslərin aldıqları məvacib dayandırıla bilər...

“Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik”.


Bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev mediaya açıqlamasında deyib.


Təhsil eksperti Elçin Əfəndi Referans.az-a bu haqda danışıb.




“Cənab nazirin də qeyd etdiyi kimi Azərbaycanda elmi ad almaq bir neçə il əvvələ kimi olduqca asan və rahat bir proses idi. Elmi işdən, tədqiqat işindən xəbəri olmayan insanlar elmlər doktoru, elmlər namizədi adlarını çox rahatlıqla əldə edirdilər. Bu zaman sual ortaya çıxır ki, bəs bu şəxslər necə elmi ad aldılar? Onların apardıqları tədqiqat işləri dövlətimiz üçün və yaxud da beynəlxalq miqyasda əhəmiyyətlidir?”.


Ekspert bildirib ki, mütəmadi olaraq müəllimlərdə də olduğu kimi elmi adı olan şəxslər də müsahibələrə cəlb olunmalıdırlar.


“Təbii ki, belə yoxlanışların məntiqi nəticəsi olaraq belə yoxlanışlardan uğurla keçən şəxslərin maaşları, bu ada görə aldıqları məvacib öz qüvvəsində saxlanılmalıdır. Qalan şəxslərdə isə elmi ad saxlanılsa da belə onlara məhz bu ada görə verilən məvacib dayamdırılmalıdır”.


Elçin Əfəndi qeyd edib ki, xarici ölkələrdə elmi ad almağın elə də asan və sadə proses olmamasına baxmayaraq, hətta inkişaf etmiş ölkələrdə də belə şəxslər üşün mütəmadi yoxlanışlar keçirilir. Həmçinin onların mütəmadi olaraq ölkə üçün və ümumbəşər fayda baxımından tədqiqat işləri aparmaq məcburiyyətlər də mövcuddur.

Fidan Vəlisoy 

Seçilən
6
1
referans.az

2Mənbələr