“Netanyahu və Qalanta qarşı həbs orderləri rüsvayçılıqdır.
Azpost.info xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennett Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Qalantın həbsinə order vermək qərarını şərh edərkən bildirib.
Qeyd edək ki, bu gün Haaqada yerləşən Beynəlxal Cinayət Məhkəməsi İsrail Baş naziri Binaymin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.
Məhkəmə Netanyahu və Qalantı hərbi və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham edib.
Azpost.info