İşğaldan azad olunmuş ərazilərimiz ölkə iqtisadiyyatına yenidən inteqrasiya olur.
Adalet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib.
O qeyd edib ki, 2025-ci ildə ilk olaraq Xankəndi şəhəri və Ağdərə rayonundan dövlət büdcəsinə gəlirlər daxil olmağa başlayacaq.