AZ

Putin Kim Çen Ina maraqlı hədiyyələr göndərdi

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina maraqlı hədiyyə göndərib. Metbuat.az xəbər verir ki, Putin müttəfiqi elan etdiyi Şimali Koreyadakı zooparka 75 heyvan göndərmək qərarına gəlib. Putinin göstərişi ilə paytaxt Pxenyan zooparkına göndərilən heyvanlar arasında bir Afrika aslanı, iki qonur ayı, iki Tibet mal-qarası, 5 kakadu, 25 tovuz quşu və 40 naringi ördəyi var.

Qeyd edək ki, Pxenyan zooparkı 1959-cu ildən fəaliyyət göstərir. Heyvan kolleksiyasının Putinin hədiyyəsi ilə daha da zənginləşəcəyi bildirilir. Xatırladaq ki, Prezident Vladimir Putin ötən il Pxenyana səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlıq da daxil olmaqla hərtərəfli strateji müttəfiqlik sazişi imzalanıb. Bu razılaşmadan sonra minlərlə Şimali Koreya əsgərinin Rusiya ilə birlikdə döyüşmək üçün Ukrayna cəbhələrinə göndərildiyi iddia edilib.

Seçilən
11
50
metbuat.az

10Mənbələr