AZ

Mirzoyan Hofrayterlə sülh prosesini müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniya Bundestaqının Avropa Birliyi məsələləri üzrə komitəsinin sədri Anton Hofrayteri qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesindəki son vəziyyətə də toxunulub”, - məlumatda vurğulanıb.

Seçilən
16
6
axar.az

8Mənbələr