AZ

Nigeriyada 4 milyon uşağın təcili humanitar yardıma ehtiyacı var

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) Nigeriyada təxminən 4,9 milyon uşağın təcili humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, UNICEF-in dərc etdiyi hesabatda Nigeriyanın ümumi əhalisinin təxminən yarısını təşkil edən 110 milyon uşağın yoxsulluq içində yaşadığı bildirilib.

Hesabatda qeyd olunub ki, ölkədə təxminən 4,9 milyon uşağın təcili humanitar yardıma ehtiyacı var.

Bundan əlavə, hesabatda 2,1 milyon uşağın peyvənd edilmədiyi, 70 faizinin təhlükəsiz içməli suya çıxışı olmadığı qeyd edilib.
 
7News.Az
Seçilən
1
3
7news.az

8Mənbələr