AZ

NASA yenidən yüzlərlə əməkdaşını ixtisar edir

NASA yenidən yüzlərlə əməkdaşını ixtisar edir

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) növbəti dəfə kütləvi ixtisarlara məruz qalır. Bu dəfə Kaliforniyadakı məşhur "Jet Propulsion Laboratory" (JPL) işçi qüvvəsinin azaldılmasından ən çox təsirlənən bölmə olub.JPL çərşənbə axşamı 325 işçisi ilə yollarını ayıracağını açıqlayıb.Bu rəqəm laboratoriyanın ümumi işçi qüvvəsinin təxminən 5 faizinə uyğundur. Bu il ikinci dəfə belə bir addım atan JPL fevral ayında büdcənin kəsilməsi səbəbindən 530 işçisini işdən çıxarıb.JPL-nin ən çox təsirləndiyi sahələrdən biri NASA-nın Mars Sample Return "Marsa Nümunə Gətirmə" missiyası üçün ayrılan büdcənin ciddi şəkildə azaldılması idi.Ötən il 900 milyon dolları keçən bu büdcə 2024-cü il üçün cəmi 300 milyon dollara endirilib. Bu vəziyyət çox milyardlıq layihənin gələcəyini də qeyri-müəyyən edib.Mənbə: Futurism.com

Seçilən
27
afn.az

1Mənbələr