AZ

Ermənilərin yeganə yolu bağlandı: maşınlar sərhəddə gözləyir, ümid Bakıyadır

Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsi irihəcmli yük maşınlarının keçidi üçün yenə bağlanıb. 500-ə yaxın Ermənistan TIR-nın sərhəddə gözlədiyi bildirilir.

Son illərdə yolun tez-tez bağlanması, erməni yük maşınlarının saatlar, hətta günlərlə sərhəddə gözləməsi ictimaiyyətdə narazılığa səbəb olur. Cənubi Osetiyanın Yuxarı Lars kəndindən keçən yol Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Nəqliyyatın hərəkətinin sıxlıq, yaxud digər səbəblərdən intensiv şəkildə məhdudlaşdırılması xüsusilə ticarət daşımalarında problemlər yaradır. Bu da Ermənistanın nəqliyyat əlçatanlığının inkişafı baxımında regionda Azərbaycanla kommunikasiya xətlərinin açılmasını zəruri edir.

Kommunikasiya əlaqələri təmin edilərsə, Ermənistan TIR-ları Rusiyaya Azərbaycan üzərində necə gedə bilərmi? Bu marşrut İrəvana nə qazandırar?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, qış ayları yaxınlaşdıqca Ermənistanın şimal marşrutu üzrə nəqliyyat hərəkətində maneələrin yarandığını görürük:

“Xüsusilə Yuxarı Larsda ya hava şəraiti ilə əlaqədar, ya da Rusiya tərəfindən məqsədyönlü şəkildə əngəllər yaradılır. Bu, əslində Ermənistan hakimiyyətinə bir siqnaldır. Yəni hər il eyni problemlərlə üzləşmək yerinə, daha rahat və təhlükəsiz marşrutla hərəkət edə bilərlər. Söhbət Azərbaycandan keçən marşrutdan xəttindən gedir.

Ermənistan tərəfi ambisiyalarından əl çəkib sülhdə qərarlı olarsa, prosesin sonunda Azərbaycan ərazilərindən keçərək Rusiyaya məhsul ixrac edə bilərlər. Rəsmi Bakı da bunu dəfələrlə deyib”.


İlyas Hüseynov

Politoloq bildirib ki, İrəvan sözlü bəyanatlar verməklə kifayətlənməməli, praktik işlər görməlidir:

“Məsələn, Azərbaycan sülhdə maraqlıdır və şərtlərini irəli sürüb. Ermənistan isə müxtəlif bəhanələr gətirərək ya prosesi uzadır, ya da Bakıdan güzəşt istəyir.

Fikrimcə, bu və ya başqa formada sülh əldə ediləcək. Amma prosesin uzanması Ermənistanın dividentlərdən məhrum olmasına gətirib çıxara bilər. Yəni sülh bağlansa da, marşrutlardan istifadə olmaya bilər”.

Seçilən
64
1
turkustan.az

2Mənbələr