AZ

Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib

ABŞ və onun NATO müttəfiqləri Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etmək qərarı ilə eskalasiya kursunu davam etdirdilər.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Eskalasiya kursunu davam etdirən ABŞ və onun NATO müttəfiqləri daha əvvəl Rusiya ərazisində uzaqmənzilli dəqiqlikli silahların istifadəsinə icazə verdiklərini açıqlayıblar. Mütəxəssislər yaxşı bilirlər belə silahları istehsal edən ölkələrin hərbi mütəxəssislərinin birbaşa iştirakı olmadan istifadə etmək mümkün deyil”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, ABŞ 2019-cu ildə Orta Mənzilli Nüvə Qüvvələri haqqında Sazişi birtərəfli qaydada xitam verməklə səhvə yol verib.

Putin əlavə edib ki, Rusiya münaqişənin gərginləşməsinə qəti cavab verəcək, ona qarşı hərbi kontingentini yaradan ölkələrin hakim elitaları bu barədə düşünməlidirlər:

“Təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik. Mən tövsiyə edirəm ki, öz hərbi kontingentindən Rusiyaya qarşı istifadə etmək planlarını həyata keçirən ölkələrin hakim elitaları bu barədə ciddi düşünsünlər”.

Seçilən
4
16
qaziler.az

10Mənbələr