AZ

İxtisar dalğası NASA-ya çatdı - Yüzlərlə insan işsiz qalacaq

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) büdcənin azaldılması səbəbindən Kaliforniyadakı məşhur Jet Propulsion Laboratoriya  (JPL) bölməsindən yüzlərlə işçini işdən çıxaracağını açıqlayıb.

Valyuta.az xəbər verir ki, bu yaxınlarda bir çox əməkdaşını işdən çıxaran NASA Kaliforniyadakı məşhur Jet Propulsion Laboratoriya (JPL) bölməsində işçi qüvvəsini azaltmaq qərarına gəlib.

JPL 325 əməkdaşı ilə yollarını ayıracağını açıqlayıb. Burda fevral ayında büdcənin kəsilməsi səbəbindən 530 işçisini işdən çıxarılmışdı.

"Mən ümid edirdim ki, bu mesajı yazmalı olmayacaqdım. Lakin azalan büdcəyə və gələcək iş yükü proqnozlarına əsaslanaraq, biz bütün sahələrdə qənaət tətbiq etməli olduq və bunun təsirini ixtisarlarda görəcəksiniz", deyə JPL direktoru Laurie Leshin bildirib.

Paşa Məmmədli
 

Seçilən
8
3
valyuta.az

4Mənbələr