AZ

3 ucuz və sağlam qida

Ciddi büdcə ilə və çox səy göstərmədən sağlam qidalana bilərsiniz. Dietoloqlar əsas inqredientlərə qayıtmağı və supermarket qidalarını unutmağı məsləhət görürlər. Pul kisənizdə daha çox pulunuz və sağlamlığınız olacaq.

Qaziler.az xarici mətbuata istinadən, davamlı olaraq almalı olduğunuz 3 məhsulu təqdim edir:

Yumurta

Onlar ucuz və qidalıdırlar - siz onu heç vaxt soyuducudan əskik etməyin, çünki onlarla tez bir zamanda çoxlu yeməklər hazırlaya bilərsiniz. Bişmiş yumurtadan  tez bir qəlyanaltı və ya desert hazırlaya bilərsiniz. Bundan əlavə, yumurta əla protein mənbəyidir, qidalıdır və yüksək kalorilidir.

 

Lobya

Hazırlanması çox vaxt apardığı üçün müasir mətbəxlərdə lobyadan tez-tez çəkinirlər. Ancaq universial və ucuz inqredient istəyirsinizsə, lobya çox yaxşı seçimdir. O, həmçinin yaxşı lif və zülal mənbəyidir və yağı da azdır.

 

Dondurulmuş tərəvəzlər

Onlar yalnız ucuz deyil, həm də sürətli mətbəx üçün sağlam bir seçimdir. Onları əminliklə ala bilərsiniz, çünki onların tərkibində təzə tərəvəzlərlə eyni vitamin və minerallar var.

QAZİLER.AZ

Seçilən
18
qaziler.az

1Mənbələr