Dünyanın ən uca və ən qısaboy qadınları Ginnesin Rekordlar Kitabına düşməsi münasibəti ilə görüşüblər.
Kult.az xəbər verir ki, dünyanın ən uzun qadını boyu 2 m 15 sm olan 27 yaşlı türkiyəli Rumeysa Gelgi, ən qısaboylu qadın isə cəmi 62,8 sm olan 30 yaşlı hindistanlı Yoti Amgedir.
Görüş zamanı qadınlar boy fərqinə görə bir-biri ilə aktiv ünsiyyət qurmaqda çətinlik çəksələr də, həyat təcrübələrini bölüşməyi bacarıblar.