AZ

Günün ULDUZ FALI

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Proqramlaşdırma, informasiya sistemləri, marketinq, dəqiq avadanlıqla bağlı işlərdə daha ciddi nailiyyətlər olacaq. Fərqli istiqamətdə yeni layihəyə başlamaq olar.

Günün ikinci yarısında yaxınlarınız məişət problemini aktiv müzakirə edəcəklər. Onlar sizi də mübahisəyə qatılmağa vadar edəcəklər. Emosiyalar burulğanına düşməyin. Hisslərinizin əsiri olsanız, ciddi ixtilaflar yarana bilər.

Axşam saatlarında xoş sürpriz olacaq.

Buğa - kiçik problemlər və fikir ayrılıqları mənfi emosiyalar yarada bilər. Pis təsir, avadanlığın sıradan çıxması sizi qeyri-adekvat davranışa vadar etməməlidir. İnsan amilini də nəzərə alın. Yaxın ətrafınızdakı insanların əməllərini təhlil edin.

Günün ikinci yarısında tərəfdaşlarla ünsiyyətdə müəyyən çətinliklər yarana bilər.

Qohumlarla təmaslarla mövqeyinizi var qüvvənizlə müdafiə etməyə çalışmayın. Unutmayın ki, ən yaxın adamlarınızın yaşamla bağlı mövqeləri sizdən fərqlənə bilər. İnadkarlıq və aqressiya kəskin mübahisə yarada bilər.

Əkizlər - yaradıcılıq fəaliyyəti ilə məşğul olanları uğur gözləyir. Tərəfdaş və müttəfiqlərinizin qatıldığı tədbirdə iştirak edin. Onlardan dəstək alacaq, yeni ideyaları paylaşmaq şansı əldə edəcəksiniz.

Təcili yola çıxmaq zərurətinin yarandığı situasiya formalaşa bilər. Sükan arxasında ehtiyatlı olun. Problemlər riski artır.

Günün ikinci yarısında dostların sözlərinə qulaq asın. Axşam saatlarını evdə keçirmək olar. Romantik görüşü təxirə salın. Vaxtınızı sevdiyiniz insana həsr edin.

Xərçəng - peşəkar fəaliyyət üçün əlverişli zamandır. Dəyişikliklərlə bağlı tərəddüd etməyin. Əsas gəlir mənbəyinin yenilənməsinə və ya fərqli istiqamətin seçilməsinə ehtiyac var.

İş yerinin və ya məşğuliyyət formasının dəyişdirilməsi ilə məsələni nəzərdən keçirmək olar. Planlarınız barədə addımbaşı danışmayın. Bununla yanaşı, etibar etdiyiniz adamlarla söhbətlərdə yaxşı hesab etdiyiniz ideya barədə də susmayın.

Günün ikinci yarısında yaxınlarınız sizi dəstəkləyəcəklər. Köklü islahatlar üçün maddi yardıma ehtiyacınız var.

Axşam saatlarını sakit şəraitdə keçirin.

Şir - yenilik, müxtəlif emosiyalar və təəssüratlar axtarışı maraqlı ideyalar vəd edir. Çalışdığınız məkanda təəşbbüskar olun, rəqiblərinizi üstələyin. Mövqeyinizin absolyut həqiqət olduğunu israr etsəniz, problemlərlə qarşılaşacaqsınız. Daşınmaz əmlakla bağlı riskli əməliyyatlar aparmayın.

Günün ikinci yarısında sərtlik və aqressivlik yaxınlarınızla münasibətlərdə çətinliklər yarada bilər. Yaşamınızda yeniliyə zərurət duyulur. Dəyişikliklər bəzi mübhəm ünsürlərin üstünə işıq salacaq.

Qız - yaşamın rutin, yeknəsək ritmi sizdə dəyişikliklər istəyi yarada bilər. Daxili impulsa aldanaraq düşünülməmiş addım atmayın. Mümkün problemləri nəzərdən qaçırmayın. Yaxın gələcəkdə baş verə biləcək hadisələrə hazırlaşın.

Günün ikinci yarısında iş yeri və ya fəaliyyət sahəsinin dəyişdirilməsi ilə bağlı maraqlı təkliflər ala bilərsiniz.

Ailə qayğıları və məişətdəki problemlərin qulaqardına vurulması yaxınlarınızın səbr kasasını dolduracaq. Ailədə qarşılıqlı anlaşmaya nail olun. Yoxsa müxtəlif iradlar və ittihamlarla üzləşəcəksiniz.

Tərəzi - dostlardan biri sizə "macəra" hazırlayıb. Ekstremal situasiyadan asanlıqla çıxış yolu tapmaq mümkün deyil. Astagəl, süst olmayın. Ətalətlə davranmayın. Risk etmək olar.

Peşəkar fəaliyyət sahəsində müxtəlif ekspermentlər zamanıdır.

Seçilən
18
3
publika.az

10Mənbələr