AZ

Rusların dediyinə görə, Cin onlara qarşı cığallıq edir..?

...Çin bankları Hindistan, BƏƏ və Honq-Konqdan gələn ödənişlərə dair yoxlamaları gücləndirərək, onlarda “Rusiya izini” müəyyən etməyə çalışırlar.

SİArus saytlarına istinadən xəbər verir ki, bu barədə “İzvestiya”ya biznes nümayəndələri məlumat verib. ...Ödənişlərin həyata keçirilməsi getdikcə çətinləşir: kredit təşkilatları göndərmə sənədlərini təhlil edir - mallar kimə, hara və niyə gedir.

Bunu “Impaya Rus” şirkətinin kommersiya direktoru Aleksey Razumovski deyir.

Onun sözlərinə görə, bundan əvvəl Türkiyə və MDB ölkələri vasitəsilə köçürmələrə münasibətdə belə gücləndirilmiş çeklər tətbiq edilirdisə, indi digər dövlətlərə də yayılıb.

Qeyd edilir ki, “Opora Rusiya”nın Çindəki nümayəndəsi İlona Qorşeneva-Dolunts da bunu təsdiqləyib.

Onun sözlərinə görə, bank malların məhz pulun gəldiyi ölkəyə göndərilməsini tələb edir. Nəzarəti gücləndirməklə, təşkilatlar ikinci dərəcəli sanksiyalardan qaçmağa çalışırlar.

... “First Group” ASC-nin baş direktoru Aleksey Poroşin xəbərdarlıq edib ki, Çin bankları Donald Tramp hakimiyyətə gəlməzdən əvvəl “vintləri sıxır”, buna görə də vəziyyət 2025-ci ildə yaxşılaşmayacaq. O xatırladıb ki, Tramp çoxdan Çinə ticarət müharibəsi elan edib və yerli banklar Amerikanın yeni administrasiyasına sanksiyalar üçün səbəb verməmək üçün risk etməyəcəklər.

...Poroşinin dediyinə görə, Çinə ödənişlərin göndərilməsi variantları hələ də var. Məsələn, Rusiyanın regional banklarından Çin banklarına birbaşa əməliyyatlar hələ də mövcuddur. Ödəniş də Malayziya və İndoneziya vasitəsilə həyata keçirilir.

...“Atvira” şirkətinin baş direktoru, xarici iqtisadi fəaliyyət üzrə ekspertYekaterina Kizeviç deyir ki, ən təhlükəsiz və ən sürətli sxem Rusiya bankının bir filialı vasitəsilə Çinə birbaşa ödənişlərdir. Lakin bunun üçün Çindəki qarşı tərəflərin bu maliyyə qurumunda açıq hesabları olmalıdır. Əgər onlar varsa, o zaman pul iki-üç gün ərzində təchizatçıya çatır və bank köçürmə üçün 4 faiz sabit komissiya alır.

Bundan əvvəl məlum olub ki, Çin bankları Rusiya şirkətlərinin hüquqi ünvanlarının sanksiyalar altında olan təşkilatların ünvanları ilə üst-üstə düşməsi səbəbindən onların hesablarını bloklamağa başlayıblar.

Əli Babayev

Seçilən
24
sia.az

1Mənbələr