Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Araqçı ilə telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, Mirzoyan bu haqda “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Söhbət zamanı biz gündəlikdəki məsələlərə, o cümlədən gələcəkdə vətəndaşlara fayda verə biləcək sahələrdə Ermənistan və İran arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə toxunduq”, - o qeyd edib.