AZ

COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən sənədli filmin təqdimatı olub - FOTO

COP29 çərçivəsində Yaşıl Zonadakı Milli QHT Pavilyonunda “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi “Bir ovuc dünya” adlı sənədli filmin təqdimatı olub.

Bizim.Media xəbər verir ki, Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosiddən bəhs edən sənədli filmin müəllifi Ayaz Mirzəyev, prodüseri isə Orxan Cabbarlıdır.
 

Filmin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin məsul şəxsləri, həmçinin Keniyanın “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) iştirak ediblər.


Təqdimat mərasimindən sonra filmin ictimai müzakirəsi keçirilib. İştirakçılar ingilis dilində hazırlanmış ekran işi barəsində fikirlərini səsləndiriblər.

Sənədli filmin yaxın vaxtlarda daha geniş təqdimatı keçiriləcək.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı ekoloji cinayətlərindən bəhs edən layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.















Bizim.Media

Seçilən
4
7
bizim.media

9Mənbələr