Britaniya və Fransa hüquq-mühafizə orqanları Ukraynaya hərbi məhsullar tədarük edən müdafiə şirkəti \"Thales”ə qarşı birgə antikorrupsiya araşdırmasına başlayıb.
AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Böyük Maliyyə Fırıldaqçılığına qarşı Mübarizə Xidmətinin bəyanatında deyilir.
Baş ofisi Parisdə olan şirkət korrupsiya, o cümlədən rüşvətxorluqda şübhəli bilinir. \"Thales UK” törəmə şirkətinin Böyük Britaniyada 7 mindən çox işçisi olan 16 obyekti mövcuddur.
Bu şirkət, xüsusən də Böyük Britaniya hökumətinin Ukraynaya tədarük etdiyi Şimali İrlandiyanın Belfast şəhərindəki zavodda çoxməqsədli \"Martlet” raketləri və \"Starstreak” daşına bilən zenit-raket kompleksləri istehsal edir.