AZ

“Azərbaycanı məğlub edə bilərdik” – moldovalı məşqçi

Moldovanın U-19 komandasının baş məşqçisi Sergei Cebotari Avropa çempionatının ilkin mərhələsində komandanın çıxışını dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis federasiyanın mətbuat xidmətinə müsahibəsində Azərbaycanla heç-heçə etdikləri oyuna da (2:2) toxunub:

“Azərbaycanla matçda iki qol vursaq da, səhvlərimiz oldu və bu, bizə baha başa gəldi. Müdafiədə diqqətli və hücumda daha effektiv oynaya bilsəydik, qələbə qazana bilərdik”.

Azərbaycanın U-19 yığması ilkin mərhələdə bir xalla qrup sonuncusu olub. Yığma İslandiyaya 0:2, İrlandiyaya isə 0:4 hesabıyla uduzub.

Seçilən
28
futbolpress.az

1Mənbələr