Lənkəranda ər və arvad arasında başlayan mübahisə qanla bitib. 1news.az APA-ya istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Sarvan Tahirov 1965-ci il təvəllüdlü həyat yoldaşı Rəsmiyyə Hüsüynovanı bıçaqlayıb. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Sarvan Tahirov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.