AZ

Ən çox qızıl istehlak və istehsal edən ölkələr

Yazını böyüt
Yazını kiçilt

Qızıl tarix boyu dövlətlərin xəzinəsini dolduran əsas sərvət olub. Müasir dövrümüzdə istənilən valyuta dəyərdən düşə bilsə də, qızıl ən etibarlı vasitə olaraq diqqət çəkir.

Hafta.az-ın yazdığına görə, The Gold Bullion Company dünyada ən çox qızıl istehlak edən və bu qiymətli metalın istehsalı ilə məşğul olan ölkələrin siyahısını hazırlayıb.

Siyahıdakı ilk onluğu oxucuların diqqətinə çatdırırıq:

Dünyada qızılın həm istehsalında, həm də istehlakında ilk yer Çinə məxsusdur. Bu ölkədə hər il 378 ton qızıl istehsal, 910 ton qızıl isə istehlak edilir. İkinci pillədə qərarlaşan Rusiyada 322 ton  qızıl istehsal, 71 ton isə istehlak, üçüncü yerin sahibi Avstraliyada isə 294 ton qızıl istehsal, 24 ton istehlak olunur.

Siyahıda dördüncü yerin sahibi olan Kanadada 192 ton qızıl istehsal, 71 ton istehlak, beşinci yerdə olan ABŞ-da isə 167 ton istehsal, 249 ton istehlak edilir.

Altıncı pillədəki İndoneziyada 133 ton qızıl istehsal, 45 ton istehlak, yeddinci yerdəki Meksikada 127 ton qızıl istehsal, 15 ton istehlak, səkkizinci yerdəki Braziliyada 86 ton qızıl istehsal, 17 ton istehlak, doqquzuncu pillədəki Türkiyədə 37 ton qızıl istehsal, 202 ton istehlakolunur.

Siyahıda ilk onluğu bağlayan Hindistanda ildə 15 ton qızıl istehsal, 748 ton isə istehlak edilməkdədir.

Göründüyü kimi, istehsalda ilk üç yeri Çin, Rusiya və Avstraliya tutsa da, illik istehlakda ilk yeri Çin, ikinci yeri Hindistan, üçüncü yeri ABŞ və dördüncü yeri Türkiyə tutur.

Seçilən
8
hafta.az

1Mənbələr