Vyanada çoxlu inşaat işçisinin çalışdığı villanın təmirində usta betonun üstündən asılmış kəndirlərin olduğunu görüb. Lakin o, vəziyyətə əhəmiyyət verməyib və həmin ərazidəki işlərini bitirdikdən sonra gedib.

İndex.az xəbər verir ki, betonun yerləşdiyi əraziyə gələn başqa bir santexnika kəndirlərin nə olduğunu ev sahibindən soruşub.

Ev sahibi ilə kəndirlərin yanına gələn santexnik bütün gücünü işə salsa da, əşyanı çıxara bilməyib. Kürək götürüb yavaş-yavaş qazmağa başlayıb. Qazdıqdan sonra o və ev sahibi bunun sandıq olduğunu görüblər.

Ev sahibi və santexnika betona basdırılmış metal sandığı açanda həyatlarının ən böyük sürprizlərindən birini yaşadılar. İllər əvvəl Avstriyada zərb edilən və üzərində Motsartın portreti olan təxminən 30 kiloqram qızılla nə edəcəyini bilməyən ikili sonradan 1930-cu illərdə çıxarılan qızılın İkinci Dünya Müharibəsi zamanı betona basdırıldığını anlayıb.

Sandıqda tapılan qızılın təqribən 2,3 milyon avro dəyərində olduğu və Avstriya qanunlarına görə, sözügedən sərvətin santexnika ilə ev sahibi arasında bərabər bölünəcəyi bildirilir.