Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Oreşnik” ballistik raketinin Ukraynanın Dnepropetrovsk şəhərindəki Yujmaş zavodunu vurması anını əks etdirən video yayımlayıb.
Publika.az xəbər verir ki, siyasətçi videonu “X” sosial şəbəkəsindəki hesabında yerləşdirib.
Kadrlarda döyüş başlıqlarından çıxan alovlu izlərin yüksək sürətlə şaquli olaraq aşağı düşdüyünü görə bilərsiniz.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ölkə sakinlərinə müraciəti zamanı demişdi ki , Rusiya Federasiyası Amerika və Britaniyanın uzaqmənzilli raketlərinin hücumlarına cavab olaraq Ukraynadakı hədəfləri ən son orta mənzilli ballistik raketlə vurub”.