AZ

COP29 çərçivəsində 3 beynəlxalq maliyyə təşkilatı Bank Respublikanı seçdi

Bank Respublika COP29 çərçivəsində 3 beynəlxalq maliyyə təşkilatı ilə əməkdaşlıq sazişi bağladı.

 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Bank Respublika”nı dəstəkləyərək Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün böyük həcmli kredit ayırıb.

İmzalan sazişə əsasən, beynəlxalq maliyyə institutu “Bank Respublika”ya 4 illik müddətə 20 milyon ABŞ dolları məbləğində yaşıl kredit təqdim edəcək. Kredit vəsaitləri ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən mikro, kiçik və orta müəssisələrə, eləcə də aşağı gəlirli ailə bizneslərinə dəstək məqsədilə yönəldiləcək.

Bu, yeni iş yerlərinin yaradılmasına, sosial dayanıqlılığın artırılmasına və yaşıl texnologiyaların daha geniş əhali təbəqələrinə əlçatanlığının təmin edilməsinə imkan yaradacaq. Belə təşəbbüslərin dəstəklənməsi, dayanıqlı iqtisadi artıma kömək edəcək və bölgələrin inkişafını stimullaşdıraraq onları qlobal ekoloji transformasiya proseslərinə inteqrasiya edəcək.

Qeyd edək ki, bu “Bank Respublika”nın COP29 çərçivəsində beynəlxalq maliyyə təşkilatları ilə bağladığı 3-cü yaşıl kredit sazişi olub. Bank daha öncə COP29 çərçivəsində Niderland İnkişaf Bankı ilə və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə böyük həcmli və mühüm kredit sazişi bağlamışdır.

“Özəl biznes, xüsusilə kiçik biznes Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunda iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Bizim məqsədimiz maliyyə sektorunun bu müəssisələri dəstəkləmək qabiliyyətini artırarkən, eyni zamanda iqlimə davamlılığı təşviq etməkdir. Hesab edirik ki, IFC-nin” Bank Respublika”-ya ayırdığı vəsaitlər iqlim maliyyələşdirmə məhsullarının effektivliyini nümayiş etdirəcək və maliyyə institutlarının bunları daha geniş tətbiq etməsinə stimullaşdırıcı rol oynayacaq”deyə IFC-nin Avropa, Latın Amerikas və Karib dənizi üzrə regional vitse-prezidenti Alfonso Garcia Mora bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
0
13
banco.az

10Mənbələr