Mançester Siti”nin norveçli hücumçudu Erlinq Holand "şəhərlilər"lə müqavilə yeniləyən Pep Qvardiolanın dünya futbolu tarixinin ən yaxşı məşqçisi saydığını deyib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:
"Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Yəqin ki, gəlib-getmişlərin ən yaxşısıdır".
İspaniyalı mütəxəssis müddəti 2027-ci ilin yayında bitəcək yeni anlaşmaya imza atıb.
53 yaşlı Qvardiolanın əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulmuşdu.
Pep 2016/17 mövsümünün əvvəlindən “Mançester Siti”nin "sükanı arxası"ndadır. MS onun rəhbərliyi altında altı dəfə İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu, dörd dəfə Liqa Kubokunu, üç dəfə İngiltərə Superkubokunu qazanıb.
2023-cü ildə “Mançester Siti” Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.
Nihat