AZ

“Qarabağ”ın rəqibində maliyyə BÖHRANI

Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Lion" maliyyə problemləri yaşayır. 

Bizim.Media xəbər verir ki, komandanın aşağı liqaya düşürülməsi təhlükəsi var. 

"Lion" vəziyyətdən çıxmaq üçün mövsümün sonuna kimi 100 milyon avro gəlir əldə etməlidir.

Klub rəhbərliyi durumu düzəltmək üçün yanvar ayında 6 futbolçu ilə yollarını ayıracaq. Bunlardan biri "Qalatasaray"dan icarəyə götürülən Vilfred Zahadır. 32 yaşlı vingerin maaşı yüksək olduğu üçün onun göndərilməsi planlaşdırılır.
 

"Lion" Zahadan başqa 5 futbolçunu satışa çıxaracaq. Belə ki, Fransa klubu Said Benrahma, Gift Orban, Maksans Karke, Ernest Nuama və Sael Kumbedini satıb gəlir əldə etməyə çalışacaq.


Qeyd edək ki, "Qarabağ" Avropa Liqası Liqa fazısının 5-ci turu çərçivəsində noyabrın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda "Lion"u qəbul edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr