“Rusiya prezidenti Vladimir Putin bütün digər variantlar tükənərsə, nüvə silahından istifadə etməkdən çəkinməyəcək”.
Missiya.Az “Blic” qəzetinə istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.
Xalqa müraciətində siyasətçi nüvə münaqişəsi təhlükəsinin heç vaxt indiki qədər böyük olmadığını deyib.
O, həmçinin Serbiyanın Ukraynada genişmiqyaslı müharibə ilə bağlı siyasətini ən ciddi və məsuliyyətli adlandırıb.
“Sülhdən, atəşkəsdən danışmağımız vacibdir, yalnız qlobal fəlakətə gedirik. Əgər fəlakətə doğru 10 addım varsa, biz artıq 9 addımı atmışıq. Hər növbəti addım bizi nüvə münaqişəsinə aparır”, - deyəv Vuçiç bildirib.
Serbiya prezidenti həmçinin əlavə edib ki, Qərb Putinin nüvə zərbəsi ehtimalı ilə bağlı blef etdiyini düşünməklə yanılır.
Daşqın HəsənovMissiya.Az