Dövlət Sərhəd Xidməti tərəfindən “Şəmkir” sərhəd dəstəsinə mediatur baş tutub.
Modern.az-ın mediaturda iştirak edən əməkdaşı çəlumat verir ki, tədbirdə Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov, DSX rütbəli şəxsləri və medai nümayəndələri işirak edib.
Media mənsubları sərhəd dəstəsinə yaradılan şəraitə ilə tanış olublar. “Şəmkir” sərhəd dəstəsinin rəhbərliyi tərəfindən jurnalistlərə sərhədçilərin xidmətindən məlumat verib. Mediatur zamanı brifinq keçirilib. Brifinqdə Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov media nümayəndələrini salamlayıb. Sonra jurnalistlərə sərhədçilərin fəaliyyəti, silahlanmada olan silah-sursat, hərbi texnika, dövlət sərhədinin mühafizəsində və müdafiəsində istifadə olunan cihazlar, xidməti heyvanlar barədə ətraflı məlumat verilib. Həmçinin mediatur iştirakçıları şəxsi heyətin xidmət və məişət şəraiti ilə də tanış olublar.
Qeyd edək ki media tur Şəmkir sərhəd dəstəsindən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasında və Qazaxın işğaldan azdan olunan kəndlərində davam edəcək.