Bakı. Trend:
Latviyada fəaliyyət göstərən Azəri Gənclər Təşkilatı RiqaTexniki Universitetində Zəfər Günü münasibətilə tədbirkeçirilib.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi iləbaş tutan “Zəfər Yığıncağı” adlı tədbirdə əvvəlcə AzərbaycanınDövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Daha sonra Latviya Seyminin deputatı, Azəri Gənclər Təşkilatınınsədri, diasporun fəal üzvü Amil Səfərov çıxış edib. Vətənmüharibəsindən, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinrəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun göstərdiyiqəhrəmanlıqlardan və qazanılan şanlı qələbədən danışıb.
Tədbirin davamında 44 günlük Vətən müharibəsi ilə bağlıqısametrajlı film göstərilib, Şuşa haqqında geniş məlumat verilib,Şuşanın işğaldan azad olunduqdan sonrakı görüntüləri nümayişetdirilib.
Soydaşlarımız Malik Ələkbərov və Aygün Əsədovanın ifasında“Uzundərə” rəqsi təqdim olunub.