AZ

YAP-ın siyasi mövqeyi daha da möhkəmlənib- ÖZƏL

"Yeni Azərbaycan Partiyası Vətən müharibəsi zamanı milli birliyi və dövlətçiliyi möhkəmləndirmək istiqamətində mühüm işlər görmüşdür. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük İkinci Qarabağ müharibəsi, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə yönəlmiş mühüm bir hərbi əməliyyat idi və YAP, bu mübarizədə böyük siyasi və ideoloji dəstək göstərdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Müharibənin nəticələri və Azərbaycanın ərazi bütövlüyünün bərpası, YAP-ın siyasi mövqeyini möhkəmləndirdi və partiya xalqın gözündə daha nüfuzlu bir siyasi qüvvə olaraq tanındı. Partiya, postmüharibə dövründə də Azərbaycanın güclənməsi və inkişafı üçün yeni layihələr hazırlamaqla uğurlu fəaliyyətini davam etdirdi.Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayı partiyanın fəaliyyətində, strukturunda, hədəflərində və idarəetmə sistemində mühüm dəyişikliklərə səbəb oldu. YAP Sədrinin birinci müavini postu təsis olundu və bu vəzifəyə Azərbaycanın Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva təyin olundu. Bu, partiyanın idarəetmə strukturunun gücləndirilməsi və səmərəliliyinin artırılması məqsədini daşıyırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr