“American Airlines”a məxsus Milwaukee-Dallas-Fort Worth reysi ilə uçan təyyarədə baş verən hadisədə sərnişin digər sərnişinlər və uçuş heyətinin müdaxiləsi ilə dayandırılıb.

İndex.az xəbər verir ki, çərşənbə axşamı baş verən hadisədə sərnişin kabin heyəti üzvünə üz tutub və “Mən bu təyyarədən təcili enməliyəm” deyərək təyyarənin qapısını açmağa çalışıb.

İctimai təhlükəsizlik hesabatına görə, sərnişin getdikcə aqressivləşib və stüardessaya zərər verib. Sərnişin qapıya doğru hərəkət edərkən kabin heyəti üzvünün çağırışı ilə təyyarədəki digər sərnişinlər müdaxilə edib.

Sərnişinlərdən biri çaxnaşma yaradan sərnişini arxadan qucaqlayıb yerə yıxıb, kabin heyətinin gətirdiyi lent və plastik qandallarla əl-diz və ayaqlarını bağlayıblar. Bu sayədə sərnişin təxminən 30 dəqiqə nəzarətdə saxlanılıb.

Təyyarə Dallas-Fort Uort hava limanına rahat eniş etdikdən sonra Federal Təhqiqat Bürosu (FTB) və hava limanının təhlükəsizlik qrupları təyyarəyə daxil olaraq sərnişini saxlayıb.

Nəzarətə alınan şəxsin psixi sağlamlığının yoxlanılması üçün ekspertizadan keçirildiyi öyrənilib.