Böyük Britaniya və onun müttəfiqləri Ukraynaya kömək etmək üçün lazım olan hər şeyi edəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lammi bildirib.
"Britaniya müttəfiqləri ilə birlikdə Ukraynaya kömək etmək və münaqişənin həlli, danışıqlar aparmaq və onu ən yaxşı vəziyyətə gətirmək üçün lazım olan hər şeyi edəcəyik", o qeyd edib.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pier bildirmişdi ki, Rusiya Silahlı Qüvvələri tərəfindən orta mənzilli “Oreşnik” ballistik raketinin buraxılması ABŞ-nin Ukrayna ilə bağlı siyasətinə məhdudlaşdırıcı təsir göstərməyəcək.
Türkan İSGƏNDƏRLİ