AZ

Trampa məğlub olan Harris indi HARADADIR?

“Noyabrın 5-də keçirilən prezident seçkilərində məlub olan ABŞ-ın vitse-prezidenti Kamala Harris ailəsi ilə birlikdə Havay adalarına istirahətə yollanıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, siyasətçi ailəsi ilə vaxt keçirmək üçün işinə ara verib:
 

“Bunda səhv bir şey olduğunu düşünmürəm. Fikrimcə, o, ailəsi ilə və işdən uzaqda vaxt keçirməyə layiqdir. o, son dörd ildə çox çalışıb”.


Məlumata görə, Harris noyabrın 19-da Havay adalarına yola düşüb. 

Xatırladaq ki, noyabrın 5-də keçirilən prezident seçkilərində Demokratların namizədi olan Kamala Harris Respublikaçıların namizədi Donald Trampa məğlub olub.

Bizim.Media

Seçilən
1
3
bizim.media

6Mənbələr