Amerika rəsmiləri F-35 qırıcılarının istehsalını onların çoxsaylı çatışmazlıqlarını nəzərə almadan təsdiqləyiblər.
Editor.az xəbər verir ki, Hökumət Nəzarəti Layihəsi (POGO) qərarla bağlı həyəcan təbili çaldı. POGO hesabatında deyilir ki, hətta F-35 sınaq hesabatının məxfilikdən çıxarılan versiyasında da döyüş təyyarələrinin etibarlılıq, dəqiqlik, gizlilik və təmir oluna bilmə tələblərinə cavab verməməsinə çoxsaylı istinadlar edilib. İctimai fəallar sənədin ortaya çıxması ilə F-35 istehsalının təsdiqlənməsi arasında çox az vaxt keçdiyi üçün ABŞ Konqresinin nəzarət öhdəliklərini tam yerinə yetirə bilmədiklərini bildirirlər.
POGO Konqresi yarımçıq qırıcı təyyarəni istifadəyə verməyə tələsdiyinə görə qınayıb. ABŞ-ın ən bahalı silah sistemi olan Lockheed Martin Corp-un F-35-in geniş sınaqları ilə bağlı daha əvvəl məxfiliyi ləğv edilmiş Pentaqonun hesabatında altı illik döyüş sınaqlarının texniki xidmət, etibarlılıq, yanlış atəşlər və həll olunmamış problemlərlə üzləşdiyi müəyyən edilib.
//Gülnarə Abasova, Editor.az