AZ

"Hakimlərin bu yanaşması biz vəkilləri çox sevindirir"

Bakı Apellyasiya Məhkəməsində "Rafa Group" MMC-nin cərimələnməsi barədə qərardan verilən şikayətə baxılıb.

Paralel.az xəbər verir ki, vəkil Anar Ramazanovun e-huquq.az-a verdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən iclasda Yasamal Rayon Məhkəməsinin qərarı ləğv edilib.

A.Ramazanovun sözlərinə görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub. Bu maddədə qeyd olunur ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

"Mərkəzi Bank təmizlik vasitələri, uşaq bezləri və salfet kağızlarının istehsalı üzrə ixtisaslaşmış "Rafa Group" şirkəti barədə xaricə göndərilmiş təxminən 15 min ABŞ dollarının 20 faizi məbləğində cərimə tətbiq etmişdi. Yasamal Rayon Məhkəməsində işə cəmi bir prosesdə baxılmış, sübutların təqdim olunmasına şərait yaradılmamış və formal qərar çıxarılmışdı. Lakin Bakı Apellyasiya Məhkəməsi təqdim etdiyimiz sübutları qəbul edərək ədalətli qərar çıxardı. Biz zahirən formal pozuntu kimi görünən bir halın olmasına baxmayaraq, əslində şirkətin heç bir pozuntuya yol vermədiyini sübut edə bildik. Xaricə köçürülmüş valyuta müqabilində müvafiq malların ölkəyə idxal olduğunu sübut edə bildik. Nəticədə cərimə silindi və işə xitam verildi", - deyə vəkil qeyd edib.

A.Ramazanovun sözlərinə görə, son dövrlər aparılan islahatlar məhkəmələrdə sahibkarların hüquqlarının daha etibarlı müdafiəsini təmin edir: "Son dövrlərdə məhkəmə sahəsində aparılan islahatlar hakimlərin fərqli mövqe nümayiş etdirməsinə, işlərə formal hüquqi deyil, mahiyyət üzrə yanaşmasına gətirib çıxarıb. Xüsusən inzibati xətalarla bağlı işlərdə hakimlərin yanaşması əsaslı şəkildə dəyişib. Məhkəmələr çalışırlar ki, inzibati xəta işlərində, xüsusilə sahibklarlara qarşı tətbiq olunan inzibati xəta işlərində təqsir məsələlərini müəyyən etsinlər. Hakimlərin bu yanaşması biz vəkilləri də çox sevindirir. Sahibkarların hüquqlarının etibarlı şəkildə qorunacağına dair ümidimiz artır".

Seçilən
1
2
paralel.az

3Mənbələr