Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı paylaşım edib.
"Cebheinfo.az" xəbər verir ki, müğənni övladının ad günü olduğunu bildirib.
Qızı ilə şəkillərini yayımlayan sənətçi sosial şəbəkə hesabı vasitəsilə ona xoş arzular ünvanlayıb:
"Gözəl qızım, mənim övladım olduğun üçün çox xoşbəxtəm. Səni yaradana sonsuz həmd olsun. Qürur, sevinc, xoşbəxtlik, güc, həyat eşqi və ana olmağımın möhtəşəm səbəbisən. Gözəl üzün, qəlbin daim gülsün, bəxtin ən gözəllərindən olsun. Sağlam və dəyərli ömür yaşa, məni, bütün ailəmizi sevindir, inşallah. Bütün qızlarımız, oğullarımız xoşbəxt olsunlar".
Qeyd edək ki, 27 yaşını qeyd edən Fidan Türkiyədə təhsil alıb və orada yaşayır. O, "Haber Global" telekanalında çalışır.
"Cebheinfo.az"