AZ

İrandan MAQATE-yəCAVAB

İranın Atom Enerjisi Təşkilatı (AEOI) Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının cümə axşamı günü qəbul etdiyi anti-İran qətnaməsinə cavab olaraq, uranın zənginləşdirilməsi üçün əhəmiyyətli sayda yeni sentrifuqları istifadəyə verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İranln Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"İranın müxtəlif səviyyələrdə ixtisaslaşmış qurumları əvvəllər xəbərdarlıq etmişdilər ki, qarşıdurma tədbirlərinin görülməsi üçün MAQATE Rəhbərlər Şurasının qanunsuz, siyasi motivli bəyanatlarına cavab olacaq. Bununla əlaqədar, AEOI rəhbəri tədbirlər görməyi, o cümlədən əhəmiyyətli sayda müxtəlif tipli yeni qabaqcıl sentrifuqaların işə salınmasını əmr edib”, - bəyanatda deyilir.

Bildirilib ki, bundan sonra istənilən cavab tədbirləri yalnız milli maraqların qorunması və dinc nüvə sənayesinin daha da inkişafı üçün ölkənin artan ehtiyaclarına uyğun olaraq həyata keçiriləcək.

Xatırladaq ki, noyabrın 21-də MAQATE-nin Rəhbərlər Şurası İranı agentliklə kifayət qədər əməkdaşlıq etmədiyinə görə tənqid edən Qərb qətnaməsi qəbul edib.

Türkan İSGƏNDƏRLİ

Seçilən
41
46
redaktor.az

10Mənbələr