AZ

"Culfa" yarımstansiyasına ikinci güc transformatoru alınıb

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Dövlət Energetika Xidməti tərəfindən elektrik yarımstansiyalarının yenidən qurulması istiqamətində işlər davam etdirilir.

Energetika Xidmətinin mətbuat xidmətindən bildirilib ki, Dövlət Proqramının icrası ilə əlaqədar ötən əsrin 90-cı illərinin sonunda qurulan, qurğu və avadanlıqları uzun müddətdir istismar olunan sistem əhəmiyyətli 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyasının qidalandırıcı yüksəkgərginlikli elektrik xətlərinin yaşayış sahələrindən çıxarılması məqsədilə yerini dəyişdirməklə yenidən tikilib-quraşdırılması işləri aparılır. Yarımstansiya üçün növbəti dəfə 1 ədəd 110/35/10 kV-luq, 16 MVA gücündə yeni transformator dövlət satınalması ilə alınaraq muxtar respublikaya gətirilib.

Qeyd edək ki, yeni qurulan yarımstansiya Culfa şəhərində və rayonun Yaycı, Dizə kəndlərində istehlakçıları keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. Bu bölgələri qidalandıran mövcud 10 kV-luq elektrik xətti yeni yarımstansiyadan qidalandırılacaq 35 kV-luq gərginlik pilləsinə keçiriləcək. Həmçinin yeni yarımstansiyaya İran İslam Respublikası ilə 132 kV-luq “Culfa-Culfa” hava elektrik verilişi xətti də qoşulacaq.

 

Seçilən
1
2
xalqqazeti.az

3Mənbələr