AZ

Netanyahunun köməkçisini ömürlük həbs gözləyir – KİV


İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin keçmiş mətbuat müşaviri Eliezer Feldşteyn məxfi məlumatları sızdırdığı iddiası ilə ömürlük həbs cəzası ilə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumata görə, Feldşteyn əsas şübhəli sayılır. Bundan başqa, o, dövlət sirri təşkil edən sənədləri qanunsuz saxlamaqda ittiham olunur.
Nəşrin məlumatına görə, bu işdə şübhəli bilinən İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan və adı açıqlanmayan başqa bir hərbçisini isə yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qəzetin daha əvvəl yaydığı məlumata görə, ittiham aktında qeyd olunur ki, Feldşteyn dörd hərbi kəşfiyyatçının vasitəçiliyi ilə İsrail Müdafiə Qüvvələrinin məlumat bazasından məxfi məlumatları əldə edib və İsrail baş nazirinin ofisinə ötürüb.
Seçilən
11
5
yeniavaz.com

10Mənbələr