AZ

TƏCİLİ: Rusiyanın 3 vilayətinə PUA hücumu, Britaniya ELAN ETDİ: “Bu GECƏ Rusiya ilə döyüşə HAZIRIQ!”

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya regionları üzərində Ukraynanın 23 ədəd pilotsuz təyyarəsini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Bryansk vilayətində 12, Kaluqa vilayətində 9 və Kursk vilayətində 2 PUA məhv edilib. Ukrayna ordusu Sevastopolu raket atəşinə tutub. Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev məlumat yayıb.

“Sevastopolda hərbçilər hazırda Ukrayna ordusunun hücumunu dəf edirlər”, - Razvojayev bildirib.

İlkin məlumata görə, Sevastopol sahilində bir ədəd gəmi əleyhinə “Neptun” raketi vurulub.

Əgər Britaniya ordusundan bu gecə Rusiya ilə döyüşmək istənilsə, elə bu gecə də döyüşəcəyik.

Bunu Böyük Britaniya Müdafiə Qərargahının rəis müavini, general-leytenant Rob Maqovan bildirib.

"Rusiya Şərqi Avropa ölkələrindən hər hansı birinə hücum edərsə, Britaniya ordusu onları qorumaq üçün hətta bu gecə də hərbi əməliyyatlar keçirməyə hazırdır", - general vurğulayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu güb saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ukraynada döyüşən polkovnik Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
24
musavat.com

1Mənbələr