Kolumbiyada baş verən bombalı hücumda 5 əsgər həyatını itirib, 3 əsgər və 1 mülki şəxs yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Antioquia inzibati bölgəsindəki Anori şəhərinin kənd ərazisində patrul xidmətində olan əsgərlərə bombalı hücum edilib.
Milli Azadlıq Ordusuna (ELN) bağlı olan Dario Ramirez Kastro və Martinez cəbhələri hücuma görə məsuliyyət daşıyıblar.