AZ

“Ölsəm, bağışla…” – Özünü kinoya FƏDA EDƏN ADAM

Azərbaycan milli kino tarixinə “Tütək səsi”, “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” kimi filmləri bəxş edən, XX əsrin ən böyük rejissoru kimi adını kino tarixinə yazan Xalq artisti, görkəmli rejissor Rasim Ocaqovun anım günüdür.

Yenicag.az xəbər verir ki, onun yoxluğu ilə bizi 18 illik zaman kəsiyi ayırır. Bu zaman məsafəsi nə qədər artdıqca, onu daha çox xatırlamağa başlayırıq. Demək ki, həqiqətən də əvəzolunmaz insanlar var. Xüsusən sənət dünyasında elə sənətkarlar var ki, heç kim onları əvəz edə bilməz. Ocaqov da belələrindən idi…

Onun çəkdiyi filmlər Azərbaycan kinosunun inciləri sayılır. Baxdıqca, baxmaq istəyirsən. Bəli, bir nəsil onun filmləri ilə böyüdü və milli kinonu sevdi. İndi isə o filmlərin nostalgiyası ilə yaşayırıq. Təəssüflər olsun ki, o filmlər daha çəkilmir. Özünü rejissor hesab edənlərin isə heç bir məna və məzmun kəsb etməyən filmləri ayaq tutub yeriyir. Şit, bayağı, ucuz gülüşə xidmət edən o filmlərin sayı artdıqca, Ocaqov kimi rejissorların yeri daha çox görünməyə başlayır.

Bir də ki, Rasim Ocaqov heç vaxt özü haqda danışmağı sevməzdi. Çünki həddən ziyadə təvazökar insan idi. O, sözünü filmləri ilə deməyi bacarırdı. Rejissor barədə daha çox filmləri danışır. Elə isə biz susaq, onun filmləri danışsın…

Cəvahir

Seçilən
5
yenicag.az

1Mənbələr