AZ

Riad Axundzadə COP29 çərçivəsində keçirilən tədbirdə iştirak etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İslam İnkişaf Bankının təşkil etdiyi “İİB üzv ölkələrində iqlimə dayanıqlı su investisiyaları üçün maliyyələşdirmə imkanları” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Çıxışı zamanı Riad Axundzadə tədbir iştirakçılarına su ehtiyatlarının davamlı idarə olunması məqsədilə müasir və dayanıqlı texnologiyaları özündə birləşdirən infrastruktur layihələrinin əhəmiyyəti barədə məlumat verib.

O, həmçinin uzunmüddətli su təhlükəsizliyinin təmin edilməsi üçün innovativ maliyyələşdirmə modellərinin və sektorlararası tərəfdaşlıqların rolunu vurğulayıb.

Seçilən
0
10
publika.az

10Mənbələr