AZ

Rusiyanın əmək miqrantlarına ehtiyacı var – Kremlin sözçüsü Dmitri Peskov

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın başqa ölkələrdən gələn əmək miqrantlarına ehtiyacı var.

Onun sözlərinə görə, bu, ölkənin dinamik inkişafı üçün lazımdır. Peskov Rusiyanın gərgin demoqrafik vəziyyətlə üzləşdiyini də vurğulayıb. “Dünyanın ən böyük ölkəsində yaşayırıq, amma biz çox azıq” – Dmitri Peskov bildirib.

Prezidentin mətbuat katibi qeyd edib ki, ölkədə dinamik inkişaf və bütün planların həyata keçirilməsi üçün kifayət qədər işçi qüvvəsi yoxdur.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr